AZ

Paşinyan yenidən İlham Əliyevin qərarını alqışladı

"Yaxın gələcəkdə əsaslı dəyişikliklər baş verəcək, xüsusən indi biz məmnunluqla qeyd etməliyik ki, Ermənistan tədricən blokadadan çıxır".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında deyib. 

"Artıq iki gündür ki, Azərbaycan Ermənistana ixrac məhdudiyyətlərinin aradan qaldırılmasını müzakirə edir və Tbilisidə keçirilən “İpək Yolu” konfransında mən Azərbaycan prezidentinin bu qərarını yüksək qiymətləndirdiyimi bildirdim və bu qərarı alqışladım. Mən burada da eyni şeyi etmək istəyirəm, çünki bu, çox mühüm qərardır və bu, Vaşinqton bəyannaməsi və əldə olunan razılaşmaların sadəcə bəyannamə olmadığını, konkret nəticələr verdiyini göstərir.

Kəndlərimizin birində güllə səsi eşidəndə səhərisi gün bütün sosial şəbəkələrdə mövzu qızğın müzakirə olunur, amma uzun müddət kənddə güllə səsi eşidilməyəndə təbii ki, bunu müzakirə edən yoxdur. Amma bizdə hər gün bu məlumat var. Biz bu parametrləri görməliyik, ölçüb-biçməliyik", - deyə o bildirib.

Paşinyan qeyd edib ki, bəziləri səhərdən axşama kimi Ermənistanın məhv edildiyini bəyan edirlər: "Bu adamlar Ermənistanı sadəcə olaraq tanımırlar. Ermənistanda elə qurumlar, təşkilatlar, siyasi fəlsəfə var ki, onun özü də Ermənistanın dağıdılması düsturunda yaşayır. Yəni onun münasibət forması, fəaliyyət forması, fəaliyyət obyekti dağıdılan Ermənistandır. Əgər Ermənistan məhv edilmirsə, fəaliyyət meydanı yoxdur, ona görə də Ermənistanın fəaliyyət göstərməsi üçün az da olsa, dağıdılması lazım olduğu görünür. artıq mümkün deyil və parlament zalında müxalifətin boş yerləri buna sübutdur".

Ağarza Elçinoğlu

Seçilən
84
50
unikal.az

10Mənbələr