AZ

Paşinyan Ermənistan kilsəsinin rəhbərini “taxtı ələ keçirməkdə” ittiham edib

ain.az, Apa.az saytına istinadən bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Apostol Kilsəsinin rəhbəri II Qaregini səlahiyyətsiz şəkildə taxtı ələ keçirməkdə ittiham edib.

APA xəbər verir ki, bu barədə məlumatı “Novosti Armenia” yayıb.“Nersisyan çoxdan ruhani rütbəsindən məhrum edilib və kilsə nümayəndəsi deyil. O, özünə bənzərlərlə birlikdə patriarx taxtını ələ keçirib”, – deyə Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, katolikos subaylıq andını pozduğuna görə ruhani rütbəsindən məhrum edilib.Paşinyan həmçinin kilsə rəhbərindən onun arvadı və uşaqları barədə yayılan məlumatlara izahat verməsini tələb edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
4
apa.az

7Mənbələr