AZ

Paşinyan II Qareginin bir qrup şəxslə erməni kilsəsini ələ keçirdiyini bildirib

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ktriç Nersisyan (II Qaregin) uzun müddətdir vəzifədən uzaqlaşdırılıb, lakin o özü kimi taxtdan salınmış digər bir qrup şəxslə erməni kilsəsinin ali rəhbərliyini ələ keçirib.

APA xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə keçirilən sual-cavab sessiyasında bildirib.

“Ruhi həyatın olmadığı, intriqaların, dələduz qrupların fəaliyyət göstərdiyi yerdə bizim bu abidələri cəmiyyətə qaytarmaq, Ata Arama və ona bənzər keşişlərə dəstək vermək üçün bütün mənəvi və hüquqi əsaslarımız var. Onlar Ermənistanda həqiqi ruhi həyatı bərpa edə bilərlər”, - Paşinyan katalikosa mesaj göndərib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
7
apa.az

10Mənbələr