AZ

Azərbaycanlı iş adamı Rusiyada həbs olundu: Erməni izi

Rusiyanın Smolensk vilayəti Milli Konqresinin rəhbəri, iş adamı Faiq Əliyev rüşvət işi üzrə 4 il həbs və 8,465 milyon rubl cərimə olunub.

Publika.az xəbər verir ki, bu barədə TASS vilayət prokurorluğuna istinadən məlumat yayıb.

Prokurorluq bildirib ki, Smolensk şəhərinin Leninski Rayon Məhkəməsi Faiq Əliyevi Rusiya Cinayət Məcəlləsinin 291-ci maddəsinin 4-cü hissəsinin "b" bəndi üzrə təqsirli bilib. Maddəyə görə o, vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkətlərə və külli miqdarda qanunsuz hərəkətsizliyə görə rüşvət verib.

Məhkəmə açıqlamasında deyilib ki, Faiq Əliyev 2020-ci ilin martından 2024-cü ilin dekabrına qədər hotel kompleksinin və ticarət mərkəzinin sahibi olaraq PJSC MRSK Central - Smolenskenergo-nun məmuruna 846 min rubl rüşvət verib.

Seçilən
95
4
publika.az

10Mənbələr