Goranboyda yol qəzası olub.
"Unikal"ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. 1973-cü il təvəllüdlü Ş.Əhmədovanın idarə etdiyi BYD markalı minik maşını dərəyə düşüb. Qəza nəticəsində qadın sürücü xəsarət almasa da, avtomobilə ciddi zərər dəyib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov