AZ

Zelenski Trampla görüşüb “Tomahavk” raketlərini müzakirə edəcək  

Oktyabrın 17-də ABŞ prezidenti Donald Tramp Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək. 

Ölkə.az “Axios”a istinadən xəbər verir ki, liderlər Kiyevə hansı silahların verilməsini, o cümlədən “Tomahavk” raketlərinin ötürülməsi imkanlarını müzakirə edəcəklər.

“Tərəflər Ukraynaya hansı silahların verilməli olduğunu, xüsusən də ABŞ-nin müharibədən əziyyət çəkən ölkəni vəziyyəti kökündən dəyişə biləcək uzaqmənzilli “Tomahavk” raketləri ilə təmin edib-etməməli olduğunu müzakirə edəcəklər”, - nəşr yazır.

Nəşr onu da yazıb ki, Zelenski ilə Tramp oktyabrın 11-də telefon danışığı  zamanı Ukraynaya Tomaqavk tədarükünü müzakirə ediblər. Lakin mənbələr yekun qərarın verilib-verilmədiyini bildirməyib.

“Axios”un yazdığına görə, müəyyən məsələlər var ki, onları telefonla müzakirə etmək olmaz.

Nəşr onu da qeyd edib ki, uzaqmənzilli raketlər Ukraynaya materik Rusiyanın ucqar rayonlarını, o cümlədən Moskvanı hədəf almağa imkan verəcək.
Tramp bundan əvvəl Rusiyanın müharibəni davam etdirəcəyi təqdirdə “Tomahavk” qanadlı raketlərinin Ukraynaya veriləcəyini istisna etməyib.

Mürtəza

Seçilən
17
18
olke.az

10Mənbələr