AZ

Fransa millisinin heyətindən kənarlaşdırıldı

Fransa millisinin heyətində dəyişiklik edilib.

"Unikal" xəbər verir ki, “Liverpul”un müdafiəçisi İbrahima Konate zədələndiyi üçün yığmadan kənarlaşdırılıb.

Futbolçu ötən gün Azərbaycana qarşı DÇ-2026-nın seçmə oyununda (3:0) sonadək ehtiyatda qalıb.

Onun yerinə milliyə “Marsel”in futbolçusu Benjamin Pavar çağırılıb.

Daha əvvəl millinin kapitanı Kilian Mbappe Azərbaycanla oyunda zədələndiyindən heyətdən xaric olunmuşdu.

Qeyd edək ki, Fransa oktyabrın 13-də səfərdə İslandiya ilə qarşılaşacaq.

Seçilən
13
38
unikal.az

10Mənbələr