Şəmkirdə piyadanı maşın vuraraq öldürüb.
"Unikal"ın məlumatına görə hadisə Bakı -Qazax avtomağistral yolunun rayonun ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan məlum avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini D.Hüseynov vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.Məlumata görə piyadanı vuran avtomobil hadisə yerindən qaçıb.Onun müəyən olunması istiqa ətinə polis əməkdaşları axtarışlara başlayıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov