AZ

Birinci Liqa: “Səbail” xal itirdi - VİDEO

Futbol üzrə Azərbaycan I Liqasında IV turun oyunları davam edir.

Bizim.Media xəbər verir ki, bu gün 3 qarşılaşma baş tutub.

Çempionatın iddialı komandalarından olan "Səbail" səfərdə xal itirib, lider "Şəfa" 4 qolla qalib gəlib, Zaqatalada isə qalib müəyyənləşməyib.

I Liqa, IV tur

"Zaqatala" - "Baku Sportinq" 1:1

Qollar: M.Qəhrəmani, 22 - X.Məmmədli, 75

"Şəfa" - MOİK 4:1

Qollar: N.Əliyev, 7, A.Nəsibov, 50, A.Ebrahimzade, 63, T.Quliyev, 84 - S.Fərəcov, 23

Qırmızı vərəqə: H.Əliyev, 38 (MOİK)

"Şimal" - "Səbail" 0:0


Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
152
8
bizim.media

10Mənbələr