AZ

XİN rəsmisi BMT kürsüsündən itkin düşən azərbaycanlının taleyi ilə bağlı ÇAĞIRIŞ ETDİ

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT-nin Baş Assambleyasının 80-ci sessiyasında itkin düşən 4 minə yaxın azərbaycanlının taleyi ilə bağlı çağırış edib.Bizim.Media xəbər verir ki, bununla bağlı Azərbaycan XİN-in rəsmi "X" hesabına paylaşım edilib.

 

Məlumata görə, E.Məmmədov sessiya çərçivəsində "Silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər: Cavabların axtarışının genişləndirilməsi" mövzusunda Yüksək Səviyyəli Görüşdə iştirak edib.

O çıxışında Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyinə diqqət çəkib, həqiqətin və ədalətin təmin olunması üçün beynəlxalq səylərin gücləndirilməsinə çağırıb.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
10
bizim.media

10Mənbələr