AZ

Prosineçki millimizə qayıdır?

Millinin baş məşqçi postuna kimin təyin olunacağı yaxın günlərdə məlum olacaq.

Bizim.Media xəbər verir ki, Ayxan Abbasovun ölkənin əsas komandasının “sükanı arxasında” qalıb-qalmayacağı gələn həftə bəlli olacaq. Assosiasiya ilə 44 yaşlı mütəxəssis arasında danışıqlar davam edir.

Məlumata görə, Abbasovla razılıq əldə olunmayacağı təqdirdə baş məşqçi postu əcnəbi mütəxəssisə tapşırılacaq. Artıq bu yöndə ilkin danışıqlar olub və razılıq əldə edilib. Rəsmilər ehtiyat variant kimi vaxtilə yığmanı çalışdırmış Robert Prosineçki ilə təmas qurublar və xorvatiyalı mütəxəssis yenidən Azərbaycanda işləməyə isti yanaşıb.

Qeyd edək ki, 56 yaşlı xorvat 2014-cü ilin dekabrından 2017-ci ilin noyabrına qədər Azərbaycan yığmasının baş məşqçisi olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
3
9
bizim.media

10Mənbələr