AZ

Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak etdi

Sentyabrın 24-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində "Xərçəngdən və digər ağır xəstəliklərdən əziyyət çəkən uşaqların həyatda qalması və əzablarının azaldılması üzrə qlobal hərəkat" (Global Movement to Improve Survival and Reduce Suffering for Children with Cancer and Other Catastrophic Diseases) adlı xüsusi sessiya təşkil olunub.

Publika.az xəbər verir ki, Özbəkistan Respublikası və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunan tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Əvvəlcə birgə foto çəkdirildi.

Tədbirin təşkilatçılarından olan Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus xüsusi sessiyada gündəliyə çıxarılan mövzunun bu gün bütün dünyadakı aktuallığından danışdılar.

Türkiyənin birinci xanımı Əminə Ərdoğan və digər çıxışçılar da mövzu ilə bağlı fikirlərini bölüşdülər.

Seçilən
0
33
publika.az

10Mənbələr