
Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində Almaniyanın Xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb.
Reyting.az xəbər verir ki, bu barədə XİN-nin sosial media hesabında bildiriblər.
Qeyd edilib ki, görüş zamanı Azərbaycan-Almaniya münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistan normallaşması prosesi, o cümlədən tarixi Vaşinqton sammiti müzakirə edilib.
Eyni zamanda, tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.