AZ

ABŞ və Qazaxıstan dörd milyard dollarlıq razılaşma əldə ediblər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"ABŞ və Qazaxıstan lokomotivlərin tədarükü üzrə dörd milyard dollar dəyərində tarixdə ən böyük sazişi razılaşdırıblar.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin ticarət naziri Hovard Lutnik "X" sosial şəbəkə hesabında yazıb.
"Bu saziş sadəcə bir uğur hekayəsindən daha çox şey ifadə edir. Söhbət dünyanı arxasınca aparan ABŞ innovasiyalarından, Texas və Pensilvaniyada minlərlə iş yerinin dəstəklənməsindən və ABŞ ilə Qazaxıstan arasındakı tərəfdaşlığın gücləndirilməsindən gedir" , - deyə o vurğulayıb.
Nazirin sözlərinə görə, lokomotivlər Avropa və Asiyadan keçən nəqliyyat dəhlizinin inkişafı üçün istifadə olunacaq və layihə Amerika texnologiyasına əsaslanır.
Seçilən
42
50
oxu.az

10Mənbələr