AZ

Payız Azərbaycana daxil oldu

BAKI, 22 sentyabr. TELEQRAF

Azərbaycana payız gəlib.

Teleqraf xəbər verir ki, payız fəsli Azərbaycana sentyabrın 22-si saat 22:19:16-da daxil olub.

Bununla da yay fəsli baş çatıb və ölkə ərazisinə payız fəsli daxil olub.

Payız fəslinin uzunluğu 89 gün 20 saat 43 dəqiqə 45 saniyə olacaq.

Qeyd edək ki, Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçib. Bununla da Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayıb.

Seçilən
4
49
teleqraf.com

10Mənbələr