AZ

Adnan Əhmədzadə həbs edildi

SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə həbs olunub.

İdman.biz APA-ya istinadən xəbər verir ki, Səbail rayon məhkəməsində Adnan Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

Qeyd edək ki, Adnan Əhmədzadə futbol dünyasına yaxın şəxs kimi də tanınır. O, “Barselona” klubunun rəhbərliyi, eləcə də Lionel Messi də daxil olmaqla bir neçə dünya futbol ulduzu ilə dostluq edir. Bundan başqa, Əhmədzadənin sahibi olduğu şirkətlərdən biri 1-ci liqada yarışan “Mingəçevir” klubunun sponsorudur.

İdman.biz

Seçilən
33
28
idman.biz

10Mənbələr