Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş davam etdirilib.
Redaktor.az modern.az-a istinadən xəbər verir ki, müvəqqəti dayanmaya səbəb olan trasın üzərində aşkarlanan maneə aradan qaldırılıb.
Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
***
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş dayandırılıb.
Redaktor.az modern.az-a istinadən xəbər verir ki, buna səbəb trasın üzərində maneənin olmasıdır.
Nəticədə qırmızı bayraq qaldırılıb.
Problem həll ediləndən sonra sessiya davam etdiriləcək.
Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.