AZ

Antiterror əməliyyatı regionda uzunmüddətli sülhün və sabitliyin bərqərar olunması üçün zəmin yaratdı




"2023-cü il, sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda lokal xarakterli antiterror əməliyyatı həyata keçirməsini doğuran əsas səbəblər bir neçə istiqamətdə idi. İlk növbədə antiterror əməliyyatını şərtləndirən amil Qarabağda qeyri-qanuni silahlı birləşmələrin mövcudluğu idi. 2020-ci ildəki 44 günlük Vətən müharibəsindən sonra Rusiya sülhməramlılarının nəzarətində qalan ərazilərdə hələ də erməni silahlı dəstələri fəaliyyət göstərirdi. Bu qüvvələrin tərksilah edilməsi 2020-ci il 10 noyabr bəyanatına uyğun olsa da, bu öhdəlik yerinə yetirilmirdi".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, Qarabağda qeyri-qanuni silahlı birləşmələrin mövcudluğu tez-tez diversiya xarakterli hücumların baş verməsinə, təxribatlara səbəb olurdu:

"Antiterror əməliyyatından bir gün əvvəl, 2023-cü ilin 18 sentyabrında Azərbaycan ordusunun və mülki şəxslərin həlak olduğu mina partlayışları baş verdi. Bu hadisələr Azərbaycan tərəfindən terror aktı kimi qiymətləndirildi və dərhal cavab tədbirləri görüldü. Cəmi bir sutka davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan suverenliyini tam bərpa etdi və ölkə ərazisində separatizmin kökü kəsildi".

Arzuman Muradlı qeyd edib ki, bölgədə paralel erməni idarəçiliyinin (qondarma “artsax rejimi”) mövcudluğu, dövlətçiliyə zidd idi:

"Bu amil həm də bölgəyə humanitar yardımın çatdırılmasının qarşısını alırdı. Azərbaycan bir neçə dəfə Laçın yolu və alternativ yollar vasitəsilə humanitar yardımlar təklif etsə də, erməni tərəfi və Rusiya sülhməramlıları bu yardımların keçidinə maneələr törədirdilər. Azərbaycanın Ağdam-Xankəndi yolu vasitəsilə yardım təşəbbüsləri də rədd edilirdi".

İctimai birlik sədri deyib ki, antiterror əməliyyatı ilə Azərbaycan Qarabağda faktiki nəzarəti tam şəkildə ələ aldı:

"Bu, 30 ilə yaxın davam edən münaqişənin son mərhələsi kimi qiymətləndirilir. Təsadüfi deyil ki, bu əməliyyat həm də regionda uzunmüddətli sülhün və sabitliyin bərqərar olunması üçün zəmin yaratdı.

Süleyman
Seçilən
13
1
newscenter.az

2Mənbələr