AZ

Bakıda mağazadan oğurluq olub

Nəsimi rayonunda yerləşən mağazaların birindən dəyəri 1900 manat olan "notebook" oğurlanıb. 

Bakıvaxtı.az xəbər verir ki, hadisə barədə polisə daxil olmuş müraciət əsasında keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 19 yaşlı E.Ramazanov müəyyən edilərək saxlanılıb.

Nizami rayonunda isə bir nəfərin içərisində 425 manat olan pul kisəsi və mobil telefonunu talamaqda şübhəli bilinən 40 yaşlı Ə.Cəfərli də polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. 

Hər iki faktla bağlı araşdırma aparılır.

Seçilən
12
6
bakivaxti.az

7Mənbələr