AZ

Bu binalar enerji effektivliyi üzrə pasportlaşdırılır

Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə digər tədbirlərlə bağlı qanunvericiliyə dəyişiklik olunur.

Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, aşağıdakı bina və tikililər istisna olmaqla yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburidir:

- “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna uyğun olaraq dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmiş binalar (tikililər);

- yardımçı və müvəqqəti tikililər;

- istixanalar və anbar binaları;

- istehsalat binaları;

- fərdi yaşayış evləri;

- Şəhərsalma və Tikinti Məcəlləsinin 81.1-ci və 89.1-ci (89.1.4-cü maddə istisna olmaqla) maddələri ilə müəyyən edilmiş tikinti obyektləri.

Qeyd edilib ki, son illərdə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində kompleks tədbirlər icra olunur, o cümlədən normativ hüquqi bazanın təkmiləşdirilməsi həyata keçirilir. Qanun layihəsi həmin məqsədlərdən irəli gələrək yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılmasının məcburiliyini təsbit edir, eyni zamanda pasportlaşdırılmanın məcburiliyi istisna olunan bina kateqoriyalarını müəyyən edir.

Belə ki, qanun layihəsinə əsasən dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmiş binalar (tikililər), yardımçı və müvəqqəti tikililər, istixanalar və anbar binaları, istehsalat binaları, fərdi yaşayış evləri, Şəhərsalma və Tikinti Məcəlləsinin 81.1-ci maddəsində göstərilən reklam qurğuları və həmin məcəlləsinin 89.1-ci maddədə göstərilən ekspertizadan keçirilməsi tələb olunmayan tikinti obyektləri istisna olmaqla, digər yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi xarakter daşıyacaq.

Pasportlaşdırma bu qanun qüvvəyə mindikdan sonra yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binaları üçün məcburi olacaq, istismarda olan binalara şamil olunmayacaq.

Seçilən
3
32
demokrat.az

10Mənbələr