AZ

ÇL: “Liverpul”, “Bayern” və PSJ əsas mərhələyə 3 xalla başladılar

Futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/26 mövsümünün əsas mərhələsinin 1-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, bu gün Liqa mərhələsinin ilk turu çərçivəsində daha 6 qarşılaşma baş tutub.

“Qarabağ”ın Liqa mərhələsindəki rəqiblərindən olan Niderland “Ayaks”ı evdə İtaliya təmsilçisi “İnter”lə üz-üzə gəlib və 2 cavabsız qolla uduzub. İngiltərə çempionu “Liverpul” Madrid “Atletiko”sunu qəbul edib. Beş qolluq bu görüşdə meydan sahibləri çətinliklə də olsa, qalib gəliblər.

İngiltərənin digər təmsilçisi “Çelsi” səfərdə “Bayern”in qonağı olub. “Zadəganlar” da əsas mərhələyə məğlubiyyətlə başlayıblar.

ÇL-in sonuncu qalibi PSJ isə doğma meydanda “Atalanta” ilə qarşılaşıb. Paris təmsilçisi İtaliya klubunu böyük hesabla məğlub edib.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur

17 sentyabr

“Olimpiakos” (Yunanıstan) – “Pafos” (Kipr) 0:0

“Slaviya” (Çexiya) – “Bodo Qlimt” (Norveç) 2:2
Qollar: Mbodji, 23; 74 – Bassi, 78. Fet, 90.

PSJ (Fransa) – “Atalanta” (İtaliya) 4:0
Qollar: Markinyos, 3. Kvaratsxeliya, 39. N.Mendes, 51. Q.Ramos, 90+1.

“Bayern” (Almaniya) – “Çelsi” (İngiltərə) 3:1
Qollar: Çaloba, 20-öz qapısına. H.Keyn, 27-pen; 63 – Palmer, 29.

“Liverpul” (İngiltərə) – “Atletiko” (İspaniya) 3:2
Qollar: Robertson, 4. Salah, 6. Van Deyk, 90+2 – Lyorente, 45+3; 81.

“Ayaks” (Niderland) – “İnter” (İtaliya) 0:2
Qollar: M.Turam, 42; 47.

error: Məzmun qorunur!
Seçilən
4
15
arena.az

10Mənbələr