AZ

Roberta Metsola: Avropa Rusiyaya qarşı daha sərt sanksiyalar paketi hazırlayıb

Avropa ölkələri Rusiyaya qarşı daha sərt sanksiyalar paketi hazırlayıb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.

"Avropa Ukraynaya humanitar, hərbi və diplomatik dəstəyini gücləndirəcək. Avropa əlaqələndirilmiş və sərt sanksiyalar vasitəsilə Rusiyanın "hərbi maşını"nı zəiflətməyə davam edəcək. Rusiyaya sübut edə bilərik ki, onun hərəkətləri cavabsız qalmayacaq və biz bunu birlikdə edəcəyik ki, çəkindirməni və sülhü təmin edək", - Metsola deyib.

Seçilən
34
25
musavat.com

10Mənbələr