AZ

Azərbaycanda saatlıq əmək haqqına keçid işçilərə nə vəd edir?

"Son dövrlər Azərbaycanda saatlıq əməkhaqqına keçid məsələsi iqtisadi müzakirələrin mərkəzindədir. Bu sistem işçilərin əmək haqqının şəffaflığını artıraraq hər saat üçün ödənişi təmin edə bilər”. 

Hurriyyet.az bildirir ki, bu sözləri iqtisadçı-ekspert Rəşad Nəcəfzadə Demokrat.az-a açıqlamasında deyib.  

O bildirib ki, əlavə iş saatları və həftəsonu işləri dəqiq qiymətləndiriləcək, işçilər real işlədikləri vaxta görə qazanc əldə edəcək:

“Xidmət, ticarət və logistika sahələrində işəgötürənlər ehtiyac olduqda saatlıq əmək müqaviləsi ilə işçi cəlb edə biləcək. 

Tələbə və qısamüddətli işçilər üçün bu sistem rahatlıq yaradır, əlavə gəlir imkanını artırır. Lakin saatlıq əməkhaqqının mənfi tərəfləri də var. İşçi üçün gəlir sabitliyi azalır, xüsusilə mövsümi işlərdə gəlir qeyri-müəyyən ola bilər. Sosial müdafiə, məzuniyyət və pensiya hüquqları risk altında qala bilər, çünki işçilərin daimi müqavilələrə keçməsi azalır. Həmçinin, əlavə saat işləməyə məcburiyyət artarsa, əmək yükü yüksələ bilər. 

İş saatlarının dəqiq hesablanması üçün əlavə texniki və maliyyə resursları tələb olunur. Saatlıq əməkhaqqına keçid şəffaflıq və çeviklik gətirsə də, işçilərin sosial müdafiəsinin qorunması üçün əlavə tədbirlərin görülməsi vacibdir. Bu sistem yalnız düzgün tənzimləmə ilə həm işçi, həm də işəgötürən üçün faydalı ola bilər”.

Leyla Turan

Seçilən
17
3
hurriyyet.az

4Mənbələr