Ukrayna müharibəyə ildə 120 milyard dollar xərcləyir.
Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Parlamentinin sədri Roberta Metsola ilə Kiyevdə keçirdiyi brifinq zamanı deyib.
Onun sözlərinə görə, ölkə büdcəsi bu məbləğin yalnız yarısını qarşılaya bilir.
“Ümid edirəm ki, bu müharibəni bitirəcəyik. “A” planı müharibəni bitirməkdən ibarətdir. “B” planı isə 120 milyard dollardır. Bu, böyük çağırışdır”, - deyə Zelenski qeyd edib.