AZ

İsrail Dohaya 12 raket atıb - HƏMAS

Sentyabrın 9-da Qətərin paytaxtı Dohada HƏMAS nümayəndə heyətinin olduğu binaya İsrail ən azı 12 raket atıb.

Axar.a xəbər verir ki, bu barədə zərbəyə məruz qalan binada olan HƏMAS siyasi bürosunun üzvü Qazi Həməd deyib.

"Biz danışıqlar aparan nümayəndə heyətinin üzvləri ilə yeni atəşkəs təklifini müzakirə etməyə başladıqdan bir saat keçməmiş güclü partlayışlar eşitdik. Bombardman çox şiddətli idi. Düşmən bir dəqiqə ərzində bizə 12 raket atdı", - Həməd bildirib.

Siyasi büro üzvü qeyd edib ki, iclas iştirakçıları bunun İsrailin hava hücumu olduğunu dərhal anlayıblar və vurulan binanı tərk etməyi bacarıblar.

Seçilən
7
4
axar.az

5Mənbələr