AZ

Rusiyanın məqsədi: Vaşinqtona birbaşa uçuş... - Ryabkov

Moskva Vaşinqtonla münasibətlərində birbaşa uçuşların bərpası məsələsinə yönəlib, lakin ABŞ-dan hələ ki, adekvat reaksiya yoxdur.

Axar.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Ryabkov jurnalistlərə müsahibəsində Rusiya tərəfinin əlavə səylər göstərdiyini, müvafiq qurum və strukturların prosesə cəlb edildiyini vurğulayıb.

O, ümid etdiyini bildirib ki, “qıcıqlandırıcı” adlandırılan məsələlər üzrə ikitərəfli məsləhətləşmələrin bərpası Vaşinqtonda daha konstruktiv münasibət yaranacaq.

Seçilən
6
2
axar.az

5Mənbələr