AZ

Portuqaliyada İmişli nin Sumqayıt ı məğlub etməsindən danışırlar bəs, biabırçılıqdan xəbərləri varmı?

ain.az, Footbal-plus portalına istinadən məlumat verir.

"İmişli"nin Misli premyer-liqasının 4-cü turunda evdə "Sumqayıt"ı məğlub etməsinə (1:0) Portuqaliya mətbuatında da yer verilib. Əlbəttə, bu səbəbsiz deyil. Ona görə ki, "pələnglər"in baş məşqçisi Jorj Kaşkilya və futbolçusu Dioqo Almeyda portuqaliyalıdı."Football-plus.az" xəbər verir ki "A Bola" nəşri Aran təmsilçisinin qələbəsini belə şərh edib:

"56 yaşlı Jorj Kaşkilya 2025/26 mövsümünün əvvəlindən Azərbaycanın "İmişli" komandasına rəhbərlik edir. Onun komandası 4-cü tur matçında "Sumqayıt"ı məğlub edib. Buna qonaqların qapıçısı Mehdi Cənnətovun avtoqola imza atması səbəb olub. İndi "İmişli" turnir cədvəlində 4-cü pilləsindədi. Həmin oyunda Kaşkilyanın futbolçusu, portuqaliyalı Dioqo Almeyda 90 dəqiqə meydanda olub".

Xatırladaq ki, "İmişli" bu oyunda qalib gəlsə də, adı protokolda göstərilməyən İbrahim Əliyevin meydana çıxması səbəbindən texniki məğlubiyyətlə üzləşmək ehtimalı böyükdü.KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
1
icma.az

2Mənbələr