AZ

Almaniyada kimya zavodunda qəza - ölən və yaralılar var

Almaniyanın Saksoniya-Anhalt torpağının Amsdorf şəhərindəki Romonta kimya zavodunda baş verən qəza nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Qeyd edək ki, hadisə səhər tezdən təmir işləri aparılan zaman baş verib. Polis zavodda təhlükəli maddələrin sızması barədə məlumat verib.

Zavodun iki əməkdaşı xəstəxanada müalicə olunur. Digər iki yaralı isə xilasetmə işləri aparan tibb işçiləridir. Onların xəsarətlərinin xarakteri məlum deyil.

Romonta ayaqqabı boyası və cilalanması üçün istifadə edilən mineral mum istehsalı üzrə dünyanın ən böyük istehsalçısıdır.

 

Seçilən
2
6
bakivaxti.az

7Mənbələr