AZ

Vüqar Behbudovun sədri olduğu agentlik “Toyota Corolla” avtomobillərin təmir etdirir – 28 min AZN-ə

“Sosial Xidmətlər Agentliyi” publik hüquqi şəxsi nəqliyyat vasitələrinin cari təmiri xidmətlərinin satın alınması üçün tender elan edib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki,təmir işlərinin ehtimal olunan qiyməti 28.296,58 AZN təşkil edir. Satınalma siyahısına əsasən, Toyota Corolla 2024 və 2020 modelləri üçün mühərrik yağ filtri, mühərrik yağı, hava və yanacaq filtrləri, salon filtrləri, yağ karteri şaybası, təkərlərin balansı və yerdəyişməsi, həmçinin avtomobillərə tam texniki baxış daxildir.

Qeyd olunur ki, bu satınalma Agentliyin nəqliyyat parkının texniki vəziyyətini qorumaq və avtomobillərin fasiləsiz işləməsini təmin etmək məqsədi daşıyır. Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovdur.

Seçilən
31
1
nocomment.az

2Mənbələr