AZ

Livanda İsrailin hava hücumu nəticəsində iki Hizbullah komandiri öldürülüb

İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Livanın şərqindəki Baalbek şəhərinə zərbələr endirərək, “Hizbullah”ın iki komandirini zərərsizləşdirib.

APA xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumatına görə, zərbə şəhərin məscidlərindən birinin yaxınlığında yerləşən əl-Əssirə məhəlləsinə endirilib.

İki komandirlə birlikdə bir döyüşçünün də zərərsizləşdirildiyi bildirilir.

Seçilən
20
11
apa.az

10Mənbələr