AZ

Aİ İsrailə maliyyə dəstəyini DAYANDIRIR

Avropa Komissiyası 2025–2027-ci illər dövründə İsrailə maliyyə dəstəyinin dayandırılması barədə qərar qəbul edib.

Bizim.Media xəbər verir ki, bu qərar yalnız vətəndaş cəmiyyətinə göstərilən yardım və "Yad Vaşem" Holokost memorialı üçün nəzərdə tutulmuş dəstəyi istisna edir.

Qərarın qəbuluna səbəb kimi İsrail-Fələstin münaqişəsinin gərginləşməsi və insan hüquqlarının pozulması göstərilir. Avropa İttifaqı hesab edir ki, bu, İsrail hökumətinin fəaliyyətində aydın şəkildə əks olunur.

Avropa Komissiyasının açıqlamasında bildirilir ki, bu dayandırma həm gələcək vəsait ayırmalarına, həm də institusional əməkdaşlıq layihələrinə və Aİ-İsrail Regional Əməkdaşlıq Mexanizminə şamil olunur. Sözügedən layihələrin ümumi dəyəri təxminən 20 milyon avro təşkil edir.

Qeyd edək ki, Avropa İttifaqı İsrailin ən böyük ticarət tərəfdaşıdır: 2024-cü ildə İsrailin dünya üzrə mal ticarətinin 32%-i Aİ-nin payına düşüb. İsrail isə Aİ-nin 31-ci ən böyük ticarət tərəfdaşıdır. 2024-cü ildə Aİ ilə İsrail arasında mal ticarətinin ümumi həcmi 42,6 milyard avro təşkil edib.

Bizim.Media

Seçilən
24
6
bizim.media

8Mənbələr