BAKI, 17 sentyabr. TELEQRAF
Prezident Donald Tramp və həyat yoldaşı Melaniyanın Böyük Britaniyadakı Vindzor qəsrində gecələməsi üçün ABŞ-dən yataq dəstləri gətirilib.
Teleqraf xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.
Qəzet Trampın kral qəsrindəki yataq dəstində yatmayacağının dəqiq səbəbini göstərməyib.
Sentyabrın 17-də Tramp və Melaniya Kral III Çarlzla görüşmək üçün Vindzor qəsrinə gəliblər. Onları keçiddə Şahzadə Uilyam və həyat yoldaşı Keyt Middlton qarşılayıb. Trampı Çarlz və Kraliça Kamillaya müşayiət ediblər.