AZ

Qazaxıstan Prezidenti: Nüvə münaqişəsi riski böyük narahatlıq mənbəyidir

Dünyanın müxtəlif guşələrində aparılan hibrid müharibələrdə aydın cəbhə xətti yoxdur, lakin onlar əhəmiyyətli insan tələfatına səbəb olur, çoxsaylı qaçqın axınına gətirib çıxarır və qlobal iqtisadiyyata böyük ziyan vurur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Dünya və Ənənəvi Dinlərin Liderlərinin VIII Qurultayının açılışında çıxışı zamanı deyib.

Qazaxıstan Prezidenti vurğulayıb: “Nüvə münaqişəsi riski böyük narahatlıq mənbəyidir; ekspertlər belə Armageddon ehtimalını son onilliklərin ən yüksək səviyyəsi kimi qiymətləndirir. Təəssüf ki, konstruktiv təşəbbüslər və eskalasiyanın azaldılması siyasəti əvəzinə qarşıdurma düşüncəsi güclənir, geosiyasi çatlar genişlənir və sosial gərginlik artır. Belə mürəkkəb reallıq şəraitində dialoqun inkişaf etdirilməsi qarşılıqlı yadlaşma tendensiyasının aradan qaldırılması və beynəlxalq arenada etimadın artırılması üçün əsas alətdir”.

Seçilən
6
3
yeniazerbaycan.com

4Mənbələr