AZ

Çelyabinsk meteoritindən 1000 dəfə ağır asteroid sabah Yer kürəsinə yaxınlaşacaq

"2025 FA22" adlı nəhəng asteroid sabah Bakı vaxtı ilə saat 11 radələrində Yer kürəsinə yaxınlaşacaq.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasından xəbər verilib.

Məlumata görə, səma cisminin orta ölçüsü 166 metr, uzunluğu isə 290 metrdir. Onun kütləsi Çelyabinsk meteoritinin kütləsindən, təxminən, min dəfə çoxdur.


Səma cisminin planetimizlə toqquşma ehtimalı cüzi qiymətləndirilir. Hazırkı trayektoriya saxlanılarsa, asteroid Yer və Ayın orbitindən yan keçəcək.

Ekspertlərin sözlərinə görə, bu, 2025-ci ildə planetdən bir milyon kilometrdən az məsafədə keçən ən böyük kosmik cisimdir.

Hesablamalara görə, bu asteroid vaxtaşırı Yer kürəsinin yaxınlığından uçur. Sonuncu oxşar yaxınlaşma 17 sentyabr 1940-cı ildə baş verib. Növbəti dəfə isə 2173-cü ildə gözlənilir.

"Belə bir orbitlə bu kosmik cismin bir gün öz həyatını Yerə düşərək başa vurması ehtimalı olduqca yüksəkdir", - deyə laboratoriyadan bildirilib.
 
 

Seçilən
25
2
7news.az

3Mənbələr