AZ

Azərbaycan atleti dünya çempionatında mübarizəni başa vurdu

Azərbaycan atleti Əlhəm Nağıyev Tokioda keçirilən dünya çempionatında mübarizəni başa vurub.

Fanat.Az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Atletika Federasiyasından bildirilib.

O, 200 metr məsafəyə qaçışda 48-ci yeri tutub. Məsafəni 21.10 saniyəyə qət edən Ə.Nağıyev yarımfinala yüksələ bilməyib.

Qeyd edək ki, idmançı seçmə mərhələdə botsvanalı olimpiya çempionu Letsil Teboqo ilə eyni start xəttini paylaşıb.

Seçilən
32
4
fanat.az

7Mənbələr