AZ

AP rəhbəri: Ukraynanın Aİ-yə daxil olması özlüyündə təhlükəsizliyin təminatıdır

Avropa Parlamentinin (AP) rəhbəri Roberta Metsola bildirib ki, Ukraynanın Avropa İttifaqına daxil olması özlüyündə respublikanın təhlükəsizliyinin təminatıdır. 

HİT.az xəbər verir ki, onun  Ali Radadakı çıxışı "YouTube"da yayımlanıb.

O, əmin edib ki, Avropa Parlamenti bu yolda Kiyevi tam dəstəkləyir.

"Avropa İttifaqına daxil olmaq özlüyündə təhlükəsizliyin qarantıdır və biz bu yolda birlikdə hərəkət edirik. Avropa sizin artıq əldə etdiyiniz irəliləyişlərə uyğun olmalıdır", deyəMetsola bildirib.

2025-ci il sentyabrın 17-də Avropa Parlamentinin rəhbəri Metsola Kiyevə səfərə gəlib. AP rəhbəri bir neçə ildir ki, Ukraynanın Avropa İttifaqına daxil olmasının tərəfdarı kimi fəal şəkildə çıxış edir.

2022-ci ilin iyununda Ukrayna Avropa İttifaqına üzv olmaq üçün namizəd statusu alıb. Aİ-nin bütün 27 üzv dövlətinin liderləri bu qərarın lehinə səs veriblər və 2023-cü ilin dekabrında onun icmaya qoşulması ilə bağlı danışıqlara başlamaq qərarına gəliblər. Lakin son aylar Macarıstan aktiv şəkildə bəyan edir ki, o, Ukraynanın Aİ-yə tələsik qəbul edilməsinin qəti əleyhinədir.

Samir

Seçilən
25
3
hit.az

7Mənbələr