AZ

Marta Kos Azərbaycana gəlir

BAKI, 17 sentyabr. TELEQRAF

Avropa İttifaqının (Aİ) genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Marta Kos Bakıya səfər edəcək.

Teleqraf xəbər verir ki, Kosun Bakıya səfəri sentyabrın 18-də başlayacaq.

Qurumun mətbuat xidmətindən bildirilib ki, Avropa komissarı Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və iqtisadiyyat naziri Mikayıl Cabbarovla bir sıra görüşlər keçirəcək:

“Səfər Azərbaycan və Ermənistan arasında sülh prosesinin həlledici mərhələsinə təsadüf edir və Aİ-nin regionlararası əlaqələrə dair gündəliyini regional inkişafa konkret töhfə kimi təqdim etmək imkanı verəcək”.

Seçilən
47
teleqraf.com

1Mənbələr