AZ

Londonda strateji Britaniya ABŞ danışıqları başlayır Tramp dövlət səfərinə gəldi

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp sentyabrın 16-da axşam Böyük Britaniyaya dövlət səfərinə gəlib.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, bu, onun prezident kimi Londona ikinci dövlət səfəridir ki, müşahidəçilər bunu presedentsiz hal kimi qiymətləndirirlər. Adətən xarici liderlər Britaniyaya yalnız bir dəfə dövlət səfərinə dəvət olunurlar. Trampın ilk belə səfəri onun birinci müddətində – hələ Kraliça II Yelizaveta sağ ikən baş tutmuşdu.

Səfərin əsas mərasimi çərşənbə günü Vindzor qalasında keçiriləcək. Burada Trampı Kral III Karl qəbul edəcək. Gözlənilir ki, tədbir son onilliklərin ən möhtəşəm mərasimlərindən biri olacaq: minədək hərbçi, 120 at və kral ailəsinin ənənəvi korteji iştirak edəcək. ABŞ lideri üçün geniş banket də nəzərdə tutulub.

“The Guardian” yazır ki, London bu təmtəraqlı qəbulla ABŞ ilə müttəfiqliyi gücləndirmək niyyətindədir. İqtisadiyyat və təhlükəsizlik sahəsində əməkdaşlıq əsas gündəm mövzusu olacaq. Baş nazir Kir Starmerin Trampı Rusiyaya qarşı daha sərt mövqeyə inandırmağa çalışacağı gözlənilir.

Lakin Trampın gəlişi Britaniyada birmənalı qarşılanmayıb. Bir sıra ictimai fəallar etiraz aksiyaları təşkil edirlər. London meri Sadiq Xan ABŞ Prezidentinin siyasətini “cəmiyyətdə ədavət toxumu səpməkdə” ittiham edib və Britaniya siyasətçilərini onunla açıq mübahisə aparmaqdan çəkinməməyə çağırıb.

Etirazların fonunda artıq insident də yaşanıb: dörd nəfər Vindzor qalasının qülləsinə Trampın adı cinsi cinayətlərdə ittiham olunan milyarder Cefri Epşteynlə birlikdə əks olunduğu fotonu, eləcə də Epşteynin kralın qardaşı şahzadə Endryu ilə şəklini proyeksiya edərək nümayiş etdirdiklərinə görə saxlanılıb.

Trampın əsas tədbiri – kral ailəsi ilə görüş çərşənbə günü baş tutacaq. Baş nazir Starmerlə rəsmi danışıqlar isə ertəsi günə planlaşdırılıb.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
azpolitika.info

1Mənbələr