AZ

İtaliyada qorunan XVIII əsrə aid Naxçıvan xalçası Azərbaycana gətiriləcək

İtaliyalı kolleksiyaçı Mirko Kattainin şəxsi kolleksiyasında qorunub-saxlanılan XVIII əsrə aid Naxçıvan xalçası Azərbaycana gətiriləcək.

Operativ Media xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Mədəniyyət Nazirliyi bununla bağlı kolleksiyaçı ilə müqavilə bağlayıb.

Müqavilədə Mirko Kattainin şəxsi kolleksiyasında qorunub-saxlanılan XVIII əsrə aid Naxçıvan xalçasının satın alınması nəzərdə tutulur.

Bunun isə Azərbaycan Milli Xalça Müzeyinin xalça kolleksiyasının zənginləşdirilməsi məqsədi daşıdığı bildirilir.

Müqaviləyə əsasən sözügedən xalçanın alqı-satqısı 131 min manata başa gələcək.

Qeyd edək ki, İtaliyada bir çox nadir və qədim Azərbaycan xalçaları muzey və özəl kolleksiyalarda saxlanmaqdadır. Xalça muzeyi İtaliyanın məşhur muzey və qalereyaları ilə sıx əməkdaşlıq edir. İndiyədək bir çox qədim və tarixi əhəmiyyətli nadir sənət nümunələri italiyalı kolleksioner Mirko Kattaidən əldə edilərək Xalça Muzeyinə təqdim olunub.

Seçilən
11
7
operativmedia.az

8Mənbələr