BAKI, 15 sentyabr. TELEQRAF
Sabah Şirvan şəhər mərkəzinin bir hissəsində qaz təchizatı dayandırılacaq.
"Azəriqaz" İstehsalat Birliyindən Teleqraf-a verilən məlumata görə, “Şəhər dairəvi” orta təzyiqli daşıyıcı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağı məqsədi ilə əlaqədar sabah saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Şirvan şəhər mərkəzinin bir hissəsində (ümumi 10244 abonent) qaz təchizatı dayandırılacaq.
Qurum vətəndaşlardan təbii qaz verilişinin dayandırıldığı müddət ərzində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edib.