AZ

XİN rəhbəri: İsrailə qarşı hərəkətlər Avropanın özünə ziyan verəcək

İsrailin xarici işlər naziri Gideon Saar Avropa Komissiyasında İsrailə qarşı irəli sürülən iqtisadi tədbirlər planına münasibət bildirib.

Herbiand.az xəbər verir ki, o, bu barədə özünün “X” hesabında paylaşım edib.

Saar təklifləri əxlaqi və siyasi cəhətdən təhrif olunmuş hesab edib və rəsmi şəkildə təsdiq olunmayacağına ümid etdiyini bildirib.

“İsrailə qarşı hərəkətlər Avropanın özünə ziyan verəcək. İsrail Avropadakı dostlarının köməyi ilə mübarizəyə davam edəcək. İsrailə qarşı atılan addımlara lazım olduğu kimi cavab veriləcək və ümid edirəm ki, buna ehtiyac olmayacaq”, - Saar qeyd edib.

Qeyd edək ki, Avropa Komissiyası İsrailin hərbi müdaxiləsindən sonra Qəzzadakı humanitar vəziyyətin pisləşməsi, humanitar yardımların bloklanması və İsrail hökuməti tərəfindən yeni qəsəbələrin salınması və iki dövlətli həll yolunun ciddi şəkildə ziyan görməsi səbəbindən İsrailə qarşı iqtisadi tədbirləri Avropa İttifaqı Şurasına təklif edib.

Seçilən
45
6
herbiand.az

7Mənbələr