AZ

“Qarabağ”ın 12 yaşlı azarkeşi Qurban Qurbanova müraciət etdi: “Sizinlə görüşmək istəyirəm” - VİDEO

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanaraq Azərbaycan klub futbolunun tarixinə qızıl səhifə yazdı. Ağdamlılar I turda səfərdə Portuqaliyanın "Benfika" komandasını 3:2 hesabı ilə məğlub etdilər. "Köhlən atlar" görüşün 16-cı dəqiqəsində 0:2 hesabı ilə geridə olarkən inanılmaz geridönüş etdilər.

Ağdam klubunun qələbəsi azarkeşlər üçün əsl bayrama çevrildi. Bundan əlavə, Avropanın bütün aparıcı idman nəşrləri təmsilçimizin uğuru haqqında yazdı. Portuqaliyada matçın nəticəsi geniş rezonans doğurdu və "Benfika" azarkeşlərini şoka saldı.

Bununla bərabər, bütün Azərbaycan xalqı – uşaqdan böyüyə hər kəs sevindi. Kimi sevincini qışqıraraq, kimi status yazaraq, kimi də ayrıca təbrik müraciəti edərək “Qarabağ”a öz ürək sözlərini dedi,onu təbrik elədi. Futbol həvəskarı, “Qarabağ” klubunun isə xüsusi azyaşlı azarkeşi 12 yaşlı Mustafa da onlardan biridir.

Abşeron rayonu sakini, 6-cı sinif şagirdi Mustafa Şirinov “Qarabağ”ı bu tarixi qələbə münasibətilə təbrik edir. Mustafa, həmçinin klubun baş məşqçisi Qurban Qurbanova səslənərək onunla görüşmək istədiyini bildirir.

Mediaservis.az onun videomüraciətini təqdim edir:

Seçilən
24
50
sitat.info

10Mənbələr