AZ

Mövsüm başlayandan sonra 10 klub transfer edib

Artıq bir aydı futbol üzrə ölkə çempionatının 2025/26 mövsümü start götürüb. Dörd tur geridə qalıb.

Mövsüm başlayandan sonra hansı klublar, neçə transfer edib? Klubdan bu zaman ərzində hansı mövqedə boşluqların olduğunu düşünüb və hərəkətə keçib?

“Qarabağ”: 1 futbolçu. Kamilo Duran. Sol və sağ cinah vingeri.
“Zirə”: 1 futbolçu. Enrike Kustadio. Sol cinah müdafiəçisi.
“Araz-Naxçıvan”: 1 futbolçu. Coşqun Diniyev. Yarımmüdafiəçi.
“Turan Tovuz”: 2 futbolçu. Enrike Silva - sol cinah müdafiəçisi, Xorxe Silva - sağ cinah müdafiəçisi.
“Sabah”: 4 futbolçu. Timeteuş Puxaç - sol cinah müdafiəçisi, Aleksey İsayev - yarımmüdafiəçi, Velko Simiç – hücumçu, Aaron Maluda - sol cinah vingeri.
“Neftçi”: transfer etməyib.
“Şamaxı”: 2 futbolçu. Davud Mənsumov – hücumçu, Nihad Mehralıyev - sağ cinah vingeri.
“Sumqayıt”: 2 futbolçu. Antonio Lara, Höccət Haqverdi - hər ikisi mərkəz müdafiəçisi.
“Kəpəz”: 3 futbolçu. Dieqo Verdaşka - müdafiəçi, Elcan Əbilov, Rinosuke Ohori - hər ikisi yarımmüdafiəçi.
”Qəbələ”: 2 futbolçu. Jondo Fuxs - yarımmüdafiəçi, Rüfət Əhmədov - sol cinah müdafiəçisi.
“İmişli”: 2 futbolçu. Xəlil Mürsəlli - yarımmüdafiəçi, Edvin Banqera - sol cinah müdafiəçisi.
“Karvan-Yevlax”: transfer etməyib.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
21
1
football-plus.az

2Mənbələr