AZ

KazMunayQaz Bakı-Tbilisi-Ceyhan marşrutu ilə neft ixracını bərpa edib

Astana. Trend:

Qazaxıstanın “KazMunayQaz” milli şirkəti Bakı-Tbilisi-Ceyhan(BTC) boru kəməri sistemi ilə neft ixracını bərpa edib.

Trend xəbər verirki, bu barədə şikərtin mətbuat xidməti məlumat yayıb.

“Sentybarın 13-də Aktau limanından Bakı-Tbilisi-Ceyhanistiqamətində 8,8 min ton Kaşaqan nefti yüklənərək göndərilib,növbəti yüklənmə sentyabrın 20-ə planlaşdırılır”, - məlumatda qeydolunur.

Xatırladaq ki, cari ilin avqust ayında bu marşrutla nəqldayandırılmışdı.

2025-ci ilin 8 ayı ərzində BTC istiqamətinə nəql olunanQazaxıstan neftinin həcmi 0,9 milyon ton təşkil edib.

2022-ci ildə KMG ilə Azərbaycanın Dövlət Neft Şirkəti SOCARarasında Qazaxıstan neftinin tranziti barədə saziş imzalanıb.

2024-cü ildə isə KMG və SOCAR Azərbaycan Respublikasıərazisindən keçməklə neft tranzitinin mərhələli şəkildə artırılmasıbarədə razılığa gəliblər.

Məqalədə:
Seçilən
31
5
az.trend.az

6Mənbələr