Rusiya ilə Ukrayna arasında hərbi əsir mübadiləsinə hələlik fasilə verilib. APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Moskvailə Kiyev arasında hərbi əsir mübadiləsinə hələlik fasilə verilib, lakin bu davam etdirilə bilər.
"Söhbət bundan gedir, amma hələlik, görürsünüz, burada da müəyyən fasilə var. Bu, eyni zamanda, bu mübadilələrin davam etdirməyəcəyi anlamına gəlmir", - Kremlin sözçüsü hərbi əsirlərin mübadiləsi və meyitlərin təhvil verilməsi ilə bağlı vəziyyətlə bağlı sualı cavablandırarkən deyib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta