AZ

Ermənistanla Fransa strateji tərəfdaş olacaqlar

Hurriyyet saytından alınan məlumata görə, ain.az bildirir.

Hurriyyet.az xəbər verir ki, Ermənistanla Fransa strateji tərəfdaş olacaqlar.

Ermənisan XİN-in mətbuat xidmətinin məlumatına görə, İrəvan ilə Paris siyasi məşvərət keçirərək strateji tərəfdaşlıq sənədinin mətnini və onun nə zaman imzalanacağı məsələsini müzakirə ediblər.

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan ilə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa departamentinin rəhbəri Bris Rokfyey ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlıq proqramlarını nəzərdən keçiriblər.

Tərəflər bundan əvvəl Vaşinqtonda Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanmasına dair əldə olunmuş razılaşmaları, Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesini də müzakirə ediblər. Nazirliyin məlumatına görə, Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının gündəliyi ilə bağlı məsələlərə də toxunulub.

Hürr Tərcüman

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
1
hurriyyet.az

2Mənbələr