AZ

"TikTok"un yeni sahibləri bəlli oldu

"TikTok"un ABŞ-də fəaliyyətini davam etdirə bilməsi üçün "Oracle", "Andreessen Horowitz" və "Silver Lake" kimi Amerika şirkətlərinin rəhbərlik etdiyi bir investor qrupu "TikTok"un ABŞ-dəkı aktivlərinin təxminən 80 faizini alacaq. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, çinli səhmdarların payı isə 20 faizdən az olacaq.

Yeni yaradılacaq konsorsiumun idarə heyətində əksəriyyəti ABŞ vətəndaşları olan üzvlər yer alacaq. Bundan əlavə, heyətə Tramp administrasiyası tərəfindən təyin olunacaq bir üzv də daxil ediləcək.

Anlaşmanın əsas konturları bu həftə Madriddə amerikalı və çinli nümayəndələr arasında aparılan danışıqlarda müəyyən edilib. 

Yekun razılaşma isə Donald Tramp ilə Sİ Cinpin Tszinpin arasında keçiriləcək telefon danışığı zamanı rəsmiləşdiriləcək.

Seçilən
12
operativmm.az

1Mənbələr