BAKI,TurkicWorld
Cari ilin yanvar ayından avqust ayına kimi Azərbaycandan İtaliyaya ümumilikdə 4,801 milyard dollar (ABŞ) həcmində 9,198 milyon ton xam neft və bitum tərkibli neft məhsulları ixrac olunub.
TurkicWorld Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin analoji dövrü ilə müqayisədə, pul ifadəsində bu göstərici 851 milyon dollar (21,9%), həcmi ifadədə isə 2,972 milyon ton (47,7%) artıb.
Ötən ilin ilk səkkiz ayı ərzində Azərbaycandan İtaliyaya 3,940 milyard ABŞ dolları həcmində 6,226 milyon ton xam neft və bitumlu süxurlardan alınan neft məhsulları ixrac olunub.
Hesabat dövründə İtaliya Azərbaycan neftini idxal edən ölkələr arasında birinci yeri tutub.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandan 20 ölkəyə ümumilikdə 15,925 milyon ton həcmində və 8,396 milyard ABŞ dolları məbləğində xam neft və bitum tərkibli neft məhsulları ixrac edilib.