AZ

Çempionlar Liqasında daha 6 oyun

Bu gün UEFA Çempionlar Liqasında 1-ci tur çərçivəsində daha 6 qarşılaşma keçiriləcək.

Publika.az xəbər verir ki, gecənin mərkəzi qarşılaşmaları İngiltərə və Almaniyada baş tutacaq. "Liverpul" "Atletiko"nu, "Bayern" "Çelsi"ni qəbul edəcək.

UEFA Çempionlar Liqasının son qalibi PSJ isə doğma meydanda "Atalanta" ilə qarşılaşacaq.

"Qarabağ"ın rəqiblərindən "Ayaks" evdə "İnter"lə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası, 1-ci tur
17 sentyabr
20:45 Olimpiakos - Pafos
20:45 Slaviya - Budo-Qlimt
23:00. PSJ - Atalanta
23:00 Bayern - Çelsi
23:00 Liverpul - Atletiko
23:00 Ayaks - İnter

Seçilən
42
publika.az

1Mənbələr