AZ

Mövsümi xəstəliklərdən necə qorunaq? - VİDEO

Mərkəzi Gömrük Hospitalının terapevti Xumar Novruzova ATV telekanalının “Xəbərin olsun” proqramına “Mövsümi xəstəliklərdən necə qorunaq?” mövzusunda tamaşaçılara ətraflı məlumat verib. SİA xəbər verir ki, o, havaların dəyişməsi ilə əlaqədar olaraq immunitetin zəifləməsi, virusların sürətlə yayılması və insanların bu xəstəliklərə qarşı daha həssas olması barədə danışıb.

Dr.Xumar Novruzova mövsümi xəstəliklərin profilaktikasında düzgün qidalanmanın, gigiyena qaydalarına əməl etməyin, aktiv həyat tərzinin, eləcə də vaxtında tibbi müayinələrin mühüm rol oynadığını xüsusi vurğulayıb. Həkim eyni zamanda, uşaqların və yaşlıların bu xəstəliklərə qarşı daha həssas olduqlarını qeyd edərək, onların sağlamlığının qorunması üçün valideynlərə və ailə üzvlərinə faydalı məsləhətlər verib.

https://youtu.be/s1k44h5Dsww
https://www.tiktok.com/tiktokstudio/content

Seçilən
34
sia.az

1Mənbələr